`Milli Şuranın heç bir sosial dayağı yoxdur` - Millət vəkili


20:23     01 May 2015 550000.jpg

“Milli Şuranın Con Kerrinin yanında olması arzu olunan deyil. Con Kerrinin Azəbaycana qarşı proqramında kim yer alırsa, onun bir adı var: milli xəyanətkar.”


Bunu Femida.az-a açıqlamasında Millət vəkili Fəzail Ağamalı deyib. O, Milli Şuranın mayın 3-ə təyin olunan aksiyasının təxirə salınmasını iqtidarın zəifliyi kimi görənlərin yanlış yolda olduğunu deyib.

“ Azərbaycan demokratik ölkədir. Hər bir siyasi partiyanın qanunla müəyyən olunan hüquqları var. O hüquqlardan yetərincə istifadə olunur. Milli Şura və AXCP keçən ay mitinq etməyə cəhd elədilər. Ətraflarına2 min nəfər yığa bilmədilər. Hadasa 500-1000 insan yığılmışdır ki, oda həvəskarlar, jurnalistlər, mitinqin təhlükəsizliyin təmin edən hüquq-mühafizə orqanlarının işçiləri idi.Nə Milli Şuranın, nə də AXCP-nın Azərbaycanda birmənalı olaraq sosial dayaqları yoxdur. Xalq onların çağırışlarına əhəmiyyət vermir.Bu isə həm Milli Şuranın,həm də bu qurumu öz çətiri altında saxlayan AXCP-nın sosial dayaqlarının olmamasını birmənalı olaraq təsdiq edir. Belə olan halda iqtidar nə üçün çəkinməlidir? Digər bir tərəfdənmitinqlər keçirilirsə çəkinməyə ehtiyacı yoxdur. Bu gün Azərbaycan xalqının 80%-dən yuxarı ölkə prezidenti İlham Əliyevi dəstəkləyir və müdafiə edir. Ölkə prezidenti qədər Azərbaycanda ikinci bir siyasətçi yoxdur ki,bu dərəcədə böyükreytinqə, təsirə, sosial dayağa malik olsun.Bunun müqyisəsindən çıxarılan nəticə odur ki, deyilən sözlər zəifliyin ört-basdır edilməsi, sığortalanmasıdır”.

Millət Vəkili Azərbaycana qarşı xarici qüvvələr tərəfindən təhdidlər olduğunu deyərək qeyd etdi ki, Milli Şuranın bu təhdidlər içərisində yer alması arzuolunan deyil.

“Yaxşı olar ki, Milli Şura və AXCP bu gün Azərbaycana qarşı çox böyük miqyas almış təhdidlərin içərisində yer almasın. Əgər bu təhdidlərin içərisində yer alsalar onların ünvanına deyiləcək bir anlayış var: Milli xəyanət. Çünki bu gün Azərbaycana qarşı bütün istiqamətlərdə müxtəlif bəhanələr altında təhdidlər var. Azəbaycan gücləndikcə bu ölkələr bunu qəbul etmir. Qafqazda müsəlman-türk dövlətinin demokratik, müasir, sivil dəyərlərə söykənərək inkişafından ABŞ-ın Avropanın bir çox dayələri narahatdırlar. Onlar Azərbaycanın inkişafından narahatlıq keçirirlər. Ən müxtəlif yollarla çalışırlar ki, bu inkişafın qarsısın alsınlar”.

Fəzail Ağamalı Bakıda keçiriləcək I Avropa Oyunları öncəsi Azərbaycana qarşı qaralama kompaniyasınını ortaya çıxarmış yazdıdan da danışaraq bildirdi ki,Con KerrininAzəbaycana qarşı proqramında kim yer alırsa, o millixəynətkardır.

“Azərbaycana qarşı bu yaxınlarda Con Kerrinin ofisindən idarə olunan bir proqramın ən müxtəlif konturlarını APA-nın vermiş olduğu məlumatdan oxuduq və dəhşətə gəldik ki,nəyə görə Azərbaycan bu dərəcə də öz partnyorlarına – Avropaya, Amerikaya sədaqət nümayiş etdirir, bunun müqabilində isə Azərbaycan dövlətçiliyinə bu cür təhdilər, böhtanlar, qərəzlər var? Bu əlbəttəki, qəbul edilən deyil. Arzu olunan deyil ki, Milli Şura da, AXCP-də Con Kerrinin yanında olsunlar. Con KerrininAzəbaycana qarşı proqramında kim yer alırsa, onun bir adı var: Milli xəynətkar. Onlar müasir dövrün Əliheydar Qarayevidir, Çingiz İldırımıdır”.

Şahverdi Şirinli
Femida.az

Açar sözlər:

Oxunub: 845